Almaniya millisinin futbolçusu Mats Hummels klubunu dəyişməyə yaxındı. Matç.az xəbər verir ki, müdafiəçi "Bavariya"nı "çelsi"yə dəyişə bilər.

30 yaşlı arxa xətt oyunçusu Premyer Liqa klubu üçün əsas transfer hədəfidi. Maurisio Sarri müdafiə xəttini məhz onunla gücləndirmək istəyir.

"çelsi" transferlə bağlı "Bavariya"ya müraciət göndərir. Münhenlilər Hummels üçün 33 milyon avro tələb edib.

Qeyd edək ki, Hummels 2016-cı ildə Dortmund "Borussiya"sından "Bavariya"ya keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest