İngiltərənin "Birmingem" klubunda baş məşqçi təyinatı gerçəkləşib.
 
Matc.az xəbər verir ki, çempionşip təmsilçisinin "sükan"ı Li Boyerə tapşırılıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 44 yaşlı mütəxəssislə müqavilə 2023-cü ilin yayına qədər nəzərdə tutulub.
 
Boyer baş məşqçi postunda sabiq "Real"lı Aytor Karankanı əvəzləyib.
 
"Birmingem" çempionşipdə 24 komanda arasında 21-ci sıradadır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest