Almaniyanın "Hoffenhaym" klubu mərkəz müdafiəçisi Kevin Akpoqumanı icarəyə verib. Matç.az xəbər verir ki, futbolçu digər Bundesliqa klubu "Hannover"ə göndərilib.

O, mövsümün sonunadək yeni komandasında çıxış edəcək. 23 yaşlı futbolçu hələ 2013-cü ildə "Hoffenhaym"da peyda olmuşdu.

Lakin iki ildən sonra müdafiəçi "Fortuna"ya satılmışdı. 2017-ci ildə sabiq klubuna qayıdan Kevin bu dəfə icarəyə verilib. O, mövsümün ilk yarısında 10 oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest