İspaniya "Barselona"sı PSJ-nin futbolçusu Adrian Rabyo ilə bağlı bəyanat yayıb. Matç.az xəbər verir ki, Kataloniya təmsilçisi 23 yaşlı yarımmüdafiəçi ilə danışıqlar aparmaqla qaydaları pozması barədə ittihamlara cavab verib.

Barselonalılar bildirib ki, oyunçu ilə yalnız avqustda danışıqlar aparılıb. İndi isə futbolçu ilə təmasın qanunsuzluğunu dərk edən ispaniyalılar PSJ rəsmiləri ilə danışıq aparıb. Bu addım da klubun Rabyoya olan marağını nümayiş etdirməsi məqsədilə atılıb.

Kataloniyalılar daim şəffaflığa üstünlük verdiklərini bəyan ediblər. Bəyanatda oyunçu ilə hər hansı anlaşmanın olması da təkzib edilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest