"Milan"ın futbolçusu Fabio Borini klubunu dəyişir. Matç.az xəbər verir ki, hücumçu çinin "Şençjen" klubuna keçməyə yaxındı.

İki klub arasında danışıqlar yekun mərhələsindədi. Asiya təmsilçisi futbolçuya 3 illik müqavilə təklif edib.

Borininin keçidi baş tutsa, hücumçu ildə 5 milyon avro qazanacaq. Bu il Superliqaya yüksələn "Şençjen" heyətini gücləndirmək məqsədilə italiyalın transfer edir.

Qeyd edək ki, 27 yaşlı Fabio ötən yayında "Sanderlend"dən "Milan"a keçib. 5,5 milyon avroya transfer olunan forvardın müqaviləsi 2021-ci ilin yayına qədərdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest