Futbol üzrə Rusiya Premyer Liqasında 23-cü turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Azər Əliyevin formasını geyindiyi "Tambov" da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə "Soçi" ilə qarşılaşıb. "Tambov" bu oyundan məğlubiyyətlə ayrılıb – 0:5.
 
Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 
"Tambov" bu mövsüm Rusiya Premyer Liqasında keçirdiyi 23 oyunda cəmi 13 xal toplaya bilib və 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest