"Məndə 25 qəpik var və hər dəfə onları atıram".

"Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo Türkiyə komandasının heyətində tez-tez rotasiya edilməsi sualnı cavablandırıb.

Matc.az xəbər verir ki, mütəxəssis suala istehzalı şəkildə cavab verib.

"Məndə 25 qəpik var və hər dəfə onları atıram. Masada qalanlara əsasən kimin meydana çıxacağını müəyyənləşdirirəm. Döşəməyə düşənlər ehtiyatda qalır. Həftə ərzində əylənirəm, İstanbulda gecə klublarına gedirəm. İlkin heyəti seçmək lazım olanda, üzərində oyunçuların şəkilləri olan qəpikləri atıram. Masada qalan "11-lik" start heyətidir. Bu qədər sadə".

Qeyd edək ki, "Fənərbaxça" lider "Qalatasaray"dan 5 xal gedirə qalaraq 78 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest