Futbol üzrə Niderland 2-ci liqasında 29-cu turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu "Telstar" da növbəti oyununa çıxıb.
 
Sözügedən kollektiv doğma meydanda "Roda" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 3:1.
 
Ozan da bu matçın iştirakçısı olub. O, 86-cı dəqiqədə meydana buraxılıb. Millimizin üzvü 90+4-cü dəqiqədə vurduğu qolla matçda yekun nəticəni müəyyənləşdirib. Bu, onun "Telstar"dakı ilk qoludur.
 
Müqavilə ilə "Sabah"a məxsus olan Ozan, Niderland klubunda icarə əsasında çıxış edir.
 
"Telstar" 2-ci liqada 29 turdan sonra 37 xalla 10-cu sıradadır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest