Futbol üzrə İtaliya A Seriyasında 28-ci tura start verilib.
 
Matc.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
 
Turun açılış matçında "Cenoa" səfərdə "Parma" ilə qarşılaşıb. üç qolun qeydə alındığı matç qonaqların qələbəsiylə yekunlaşıb.
 
Bu tur keçirilməli olan "İnter" – "Sassuolo" matçı meydan sahiblərinin heyətində koronavirusa yoluxma hallarının artması səbəbiylə təxirə salınıb.
 
İtaliya A Seriyası
28-ci tur
19 mart
 
Parma – Cenoa 1:2
Qol: Pelle, 16 – Skamakka, 50; 69.c
 
20 mart
 
18:00. Krotone – Bolonya
21:00. Spetsiya – Kalyari
 
21 mart
 
15:30. Verona – Atalanta
18:00. Yuventus – Benevento
18:00. Sampdoriya – Torino
18:00. Udineze – Latsio
21:00. Fiorentina – Milan
23:45. Roma – Napoli

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest