Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada qapılara 6 qol vurulub. Qarşılaşma isə gənclərdən ibarət millimizin 4:2 hesablı qələbəsiylə yekunlaşıb.

"Qarabağ" bu gün yoxlama oyunu keçirib.
 
Matc.az xəbər verir ki, Qurban Qurbanovun çalışdırdığı kollektiv Azərbaycanın U-21 yığması ilə qarşılaşıb.
 
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada qapılara 6 qol vurulub. Qarşılaşma isə gənclərdən ibarət millimizin 4:2 hesablı qələbəsiylə yekunlaşıb.
 
Qeyd edək ki, əsas heyətin 14 üzvü milli komandaların düşərgəsində olduğu üçün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bu matçda ehtiyat qüvvəni sınayıb. Ağdam klubu oyuna bu heyətlə çıxıb: 95. Məmməd Hüseynov, 54. İbrahim Hüseynov, 83. Nihat Quliyev, 99. Hüseyn Hüseynzadə, 66. Cavid Bayramov, 81. Kevin Medina, 8. Uroş Matiç, 7. Kvabena Obusu, 9. Xayme Romero, 10. Abdullah Zubir, 19. Filip Ozobiç.
 
İkinci hissədə "Qarabağ"ın heyətində 10 dəyişiklik edilib. Qapıçı istisna olmaqla, meydanda olan bütün futbolçular əvəzlənib. Qurban Qurbanov fasilədən sonra əvəzedicilərdən ibarət komandanın oyunçularını meydana buraxıb. 
 
"Qarabağ"ın hər iki qolunu Seyxan Fərəcov vurub. U-21-də isə Rüfət Abdullazadə dubl edib, digər qollara Vüsal Əsgərov və Şakir Seyidov imza atıb. 
 
Millimiz növbəti oyunda martın 24-də "Neftçi" ilə üz-üzə gələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest