Futbol üzrə İtaliya A Seriyasında 28-ci turun oyunları keçirilir.
 
Matc.az xəbər verir ki, şənbə günü daha iki qarşılaşma baş tutub. 
 
Beş qolun qeydə alındığı "Krotone" – "Bolonya" matçı qonaqların qələbəsiylə yekunlaşıb. "Spetsiya" isə "Kalyari"ni məğlub yola salıb.
 
Bu tur keçirilməli olan "İnter" – "Sassuolo" matçı meydan sahiblərinin heyətində koronavirusa yoluxma hallarının artması səbəbiylə təxirə salınıb.
 
İtaliya A Seriyası
28-ci tur
19 mart
 
Parma – Cenoa 1:2
Qol: Pelle, 16 – Skamakka, 50; 69.c
 
20 mart
 
Krotone – Bolonya 2:3
Qol: Messias, 32. Simi, 40-pen – Sumaoro, 62. Şuten, 70. Skov, 84.
 
Spetsiya – Kalyari 2:1
Qol: Pikkoli, 49. Macciore, 80 – Pereyro, 83.
 
21 mart
 
15:30 Verona – Atalanta
18:00 Yuventus – Benevento
18:00 Sampdoriya – Torino
18:00 Udineze – Latsio
21:00 Fiorentina – Milan
23:45 Roma – Napoli

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest