İngiltərənin "Arsenal" klubu qış transfer pəncərəsində heyətinə 3 futbolçu qatmaq niyyətindədi. Matç.az xəbər verir ki, London təmsilçisinin baş məşqçisi Unay Emeri klub rəhbərliyinə gücləndirilməsi lazım olan mövqeləri bildirib.

İspan mütəxəssis yanvarda mərkəz müdafiəçisi, orta sahə oyunçusu və vingerə ehtiyac olduğunu düşünür. Bu mövqelərə hansı futbolçuları almağa isə klub rəhbərliyi qərar verəcək.

Qeyd edək ki, çempionlar Liqasına vəsiqə uğrunda mübarizə aparan "Arsenal" Premyer Liqanın 20 turundan sonra 5-ci pillədə qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest