Braziliya milli komandasının futbolçusu Rodriqo Kayo karyerasını vətənində davam etdirməyə qərar verib. Matç.az xəbər verir ki, "San-Paulu"nun 25 yaşlı müdafiəçisini bir sıra Avropa klubları heyətində görmək istəsə də, arxa xətt oyunçusu "Flamenqo"ya keçib.

5 illik müqaviləyə imza atan Kayo 2023-cü ilin sonunadək yeni klubuna bağlı olacaq.

Hərçənd onu İtaliya təmsilçiləri "Milan", "Roma", "Latsio" və "Napoli"nin transfer etmək istəyirdi. "Flamenqo" isə müdafiəçini təxminən 5 milyon avroya yaxın məbləğə heyətinə qatıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest