"Sabah" klubu bu gün Antalyaya təlim-məşq toplanışına yollanıb. Matç.az saytının məlumatına görə, paytaxt klubu səfərə tam heyətlə gedə bilməyib.

Belə ki, müdafiəçi Elvin Yunuszadə komanda ilə birlikdə Antalyaya getməkdən boyun qaçırıb.  Buna səbəb kimi 26 yaşlı futbolçu ilə baş məşqçi Elşad Əhmədov arasında münasibətlərin soyumasıdı. Əldə etdiyimiz məlumata görə, Yuniszadə ölkə çempionatının XIII turunda "Neftçi" ilə oyunun 43-cü dəqiqəsində əvəzlənməsinə sərt şəkildə etiraz edib. Hətta futbolçu toplanış öncəsi Əhmədova açıq şəkildə bildirib ki, onun rəhbərlik etdiyi komandada olmayacaq. Yunuszadənin komandaya qoşulub-qoşulmayacağı müəmmalıdı.

Qeyd edək ki, Topaz Premyer Liqasının ilk dövrəsindən sonra aktivində 17 xal olan "Sabah" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest