“Serbiya və Azərbaycan yığmalarının oyunlarını eyni vaxtda izlədim. Hamımız Portuqaliyanın çox güclü rəqib olduğunu bilirik. Ancaq Azərbaycan özünü yaxşı tərəfdən göstərdi”. Matc.az xəbər verir ki, bunu “Sabah”ın serbiyalı futbolçusu Filip İvanoviç deyib.
 
O, 0:1 hesablı məğlubiyyətin utancverici olmadığını bildirib: “Azərbaycan yığması əsasən müdafiəyəmeyilli futbol oynadı. Lakin 0:1 hesablı məğlubiyyət utancverici deyil”.
 
İvanoviç Azərbaycan – Serbiya matçı barədə də fikirlərini açıqlayıb: “Serbiya 2 gün sonra Portuqaliyaya qarşı ağır oyun keçirəcək. Bundan sonra isə onları Bakıya uzun səfər gözləyir. Portuqaliya ilə oyunda Azərbaycanın oynadığı futbolu nəzərə alsaq, Serbiya millisi üçün çətin olacaq. Ümid edirəm ki, Azərbaycan millisi Serbiyaya qarşı daha açıq futbol oynayacaq. Belədə istənilən nəticəni görmək mümkündür”.
 
Təcrübəli müdafiəçi Azərbaycan – Serbiya matçında vətənpərvərliyinin sual altında olmayacağını sözlərinə əlavə edib: “Dəfələrlə demişəm ki, ölkəmi özümdən çox sevirəm. Azərbaycan da mənim ürəyimdədir və burada çoxlu dostlar qazanmışam. Hansı ki, o dostlarım çoxu milli komandada çıxış edir. Ancaq vətənpərvərliyim sual altında olmayacaq”. futbolinfo.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest