03 Yanvar 2019, 11:48
FUTBOL
"Lester"in futbolçusu Visente İbarra "Vilyarreal"a keçib. Matç.az xəbər verir ki, İngiltərə klubuna lazım olmayan 30 yaşlı yarımmüdafiəçi artıq İspaniya təmsilçisinin düşərgəsindədi.
İbarra bu gün rəsmi müqaviləyə imza atacaq.
"Vilyarreal" futbolçunu icarəyə də götürməyə razı olsa da, danışıqlar istəniləndən də artığını verib. Nəticədə Primeranın autsayderlər qrupunda yer alan komanda qış transfer pəncərəsində heyətini gücləndirmək yönündə ilk addımını atıb.
Qeyd edək ki, İbarra 2017-ci ilin yayında "Lester"ə keçib. Cari mövsümdə yarımmüdafiəçi cəmi 8 matçda meydana çıxıb.