"AVRO-2021-in seçmə mərhələsinə sentyabrda başlayacağıq. Bunadək isə bizi final mərhələsi gözləyir". Matç.az xəbər verir ki, bunu Fransanın U-21 yığmasının baş məşqçisi Silven Ripoli deyib.

Yayda AVRO-2019-un final mərhələsində oynayacaq "üçrənglilər" payızda növbəti tsiklə start verəcək. Azərbaycan yığması ilə eyni qrupda yer alan fransalıların çalışdırıcısı qrup və rəqiblər barədə fikirlərini açıqlayıb: "Bizim üçün hazırda AVRO-2019-un həlledici oyunları prioritetdi. Seçmə mərhələ barədə düşünməyə isə vaxtımız olacaq. Əsas rəqibimizin İsveçrə olacağı bəllidi. Bu komanda çox güclənib və ciddi rəqibdi. Digər yığmalar – Slovakiya, Gürcüstan, Azərbaycan və Lixtenşteyn də öz sözünü deyəcək. Bu komandalar da uğur qazanmağa çalışacaq. Rəqiblərimiz arasında kiçik komanda yoxdu. çünki hər bir rəqib özlüyündə müəyyən çətinlik kəsb edir".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest