"çelsi"nin hücumçusu Alvaro Morata komandasını dəyişməyə hazırlaşır. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, İspaniya millisinin üzvü ölkəsinə qayıtmaq fikrindədi.

26 yaşlı forvard öz xidmətini "Barselona"ya təklif etsə də, qarşı tərəfdən konkret cavab almayıb. La Liqadan isə onunla maraqlanan yeganə komanda hələlik "Sevilya"dı. Premyer Liqada özünü göstərə bilməyən Alvaro 71 oyunda cəmi 17 qol vura bilib. "Sevilya" onu bu ay heyətinə qatmaq üçün londonlularla danışıqlara başlayıb. "Zadəganlar" hücumçusunu sərfəli qiyməyə satmağa hazırdı.

Qeyd edək ki, Alvaro Morata "çelsi"yə ötən il "Real"dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest