Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2018-ci ilin beynəlxalq oyunlarındakı ən yaxşı bombardirlərinin siyahısını açıqlayıb. Matç.az saytı xəbər verir ki, cədvəldə milli komanda və qitə miqyaslı klub turnirlərində ən çox qol vuranlar yer alıb.

Dünyanın ən yaxşıları sırasına ən azı 10 dəfə fərqlənənlər düşüb. İl ərzində yalnız 26 futbolçu bunu bacarıb.

İFFHS-ın siyahısına Əlcəzair yığmasının və Qətərin "Əl-Sədd" klubunun hücumçusu Bağdad Bundeja başçılıq edir. O, yığmada 7, klubda 13 dəfə fərqlənib.

ümumilikdə vurduğu 20 qolla zirvədə yer alan Bağdad 2-ci olan Romelu Lukakudan 5 top öndə qərarlaşıb. Belçika millisində 14, İngiltərə "Mançester Yunayted"ində 1 dəfə rəqib qapısına yol tapan hücumçunun aktivində 15 qol var. İlk "üçlüy"ü eyni sayda qol vuran mərakeşli Ayyub Kaibi qapayır. O, yığmada 11, "Berkan"da 4 qola sevinib.

13 qol vuran Kriştianu Ronaldo 10-cudu. Eyni sayda fərqlənən Lionel Messi 12-ci olub.

Qeyd edək ki, ən azı 10 qol vuranların yer aldığı siyahıda Azərbaycan təmsilçisi yoxdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest