"Leypsiq" klubu lideri Timo Verneri satmağa hazırlaşır. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, Almaniya millisinin üzvü mövsümün sonunda komandasını dəyişə bilər.

Buna səbəb 22 yaşlı forvarda Avropa nəhənglərinin marağının gündən-günə artmasıdı. Futbolçusunu çox saxlaya bilməyəcəyini dərk edən Bundesliqa təmsilçisi onu yayda satmağı planlaşdırır. Hazırda Vernerlə "Bavariya", "Real", "Liverpul" və "çelsi" yaxından maraqlanır.

Qeyd edək ki, Timo Vernerin "Leypsiq"lə müqavilə müddəti 2020-ci ilin yayına qədərdi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest