Almaniyanın "Şalke" klubunun futbolçusu Naldo komandasını dəyişib. Matç.az xəbər verir ki, braziliyalı müdafiəçi "Monako"ya keçib. 

36 yaşlı cənubi amerikalı yeni klubu il ilyarımlıq müqavilə imzalayıb. "Verder" (2005-12), "Volfsburq" (2012-16) və "Şalke"də (2016-18) oynamış Naldo 2 dəfə Almaniya kubokunun qalibi olub.

Qeyd edək ki, "çelsi"nin ispaniyalı yarımmüdafiəçi Sesk Fabreqasın da "Monako"ya keçəcəyi gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest