03 Yanvar 2019, 23:03
FUTBOL
Polşa millisinin futbolçusu Yakub Blaşikovski klubsuz qalıb. Matç.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi ilə Almaniya "Volfsburq"u yollarını ayırıb.
Tərəflər qarşılıqlı razılaşma ilə müqaviləyə xitam verib. Azad agent statusu alan polşalı özünə yeni komanda axtarmağa başlayıb.
2016-cı ilin yayında "Fiorentina"dan "Volfsburq"a keçən Yakub 2,5 il bu komandada çıxış edib. Blaşikovski əsasən digər alman klubu "Borussiya"dakı çıxışı ilə tanınıb. Dortmund klubunda 8 il keçirən yarımmüdafiəçi Yurgen Kloppun rəhbərliyi altında iki dəfə çempionluq sevinci yaşayıb və çL-də finalçı olub.