Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində "Avropa Liqası muzeyi"ndə millimizin və "Neftçi" PFK-nın hücumçusu Mirabdulla Abbasovun azarkeşlərlə görüşü təşkil olunub. Matç.az AFFA-nın saytına istinadən xəbər verir ki, muzey ziyarətçiləri görüş günündə futbolçu ilə yaxından tanış olub, ondan imza alıb, eləcə də foto çəkdiriblər.

2017-ci il sentyabrın 20-də UEFA İcraiyyə Komitəsi tərəfindən 2019-cu ildə futbol üzrə UEFA Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi haqqında qərar qəbul edilib.

Qeyd edək ki, final oyunu bu il mayın 29-da keçiriləcək.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest