AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Slovakiya yığmasının futbolçusu Marek Hamşik klubunu dəyişə bilər. Matç.az xəbər verir ki, İtaliya "Napoli"sinin kapitanı Yaponiya klubunun maraq dairəsinə düşüb.

2007-ci ildən Neapol təmsilçisində çıxış edən 31 yaşlı yarımmüdafiəçi "Kaşima Antlers"dən cəlbedici təklif alıb. Oyun və qol sayında indiki klubunun rekordçusu olan Hamşikin müqaviləsi 2020-ci ilin yayına qədərdi. Lakin asiyalılar onu transfer etmək üçün A seriyası təmsilçisi ilə danışıqları müsbət yekunlaşdırmaq niyyətindədi.

Qeyd edək ki, Hamşik cari mövsümdə 18 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə fərqlənib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest