"Biz buraya qələbə qazanmaq üçün gəlmişdik. Amma oyunun gedişində uduzursansa və sona cəmi 30 saniyə qalmış qol vurursansa, 1 xalı da qənimət saymaq olar"

“Oyunun çətin keçəcəyini bilirdik. Həm rəqibimiz güclü idi, həm də heyətimizdə itkilər var idi. Baş məşqçi bunu nəzərə alıb, taktiki planda dəyişiklik etdi". Matc.az xəbər verir ki, bunu  Azərbaycan millisinin futzalçısı Fineo De Araujo səfərdə Slovakiya yığması ilə 1:1 hesablı heç-heçə etdikləri Avropa çempionatının seçmə matçı barədə federasiyanın rəsmi saytına açıqlamasında deyib.
 
Braziliyalı legioner ilk dəfə xal itirmələrinə rəğmən, yaxşı çıxış etdiklərini bildirib: "Əsas odur ki, xal qazandıq. Əslində, heç-heçəni yaxşı nəticə saymıram. Biz buraya qələbə qazanmaq üçün gəlmişdik. Amma oyunun gedişində uduzursansa və sona cəmi 30 saniyə qalmış qol vurursansa, 1 xalı da qənimət saymaq olar".
 
Fineo qarşılaşmanın əvvəlində yaxşı epizod yaxaladığını xatırladıb: "Qol vurmağa yaxın idim. Futzal kollektiv oyundur. Mən də dəqiq oynamaq istəyirdim. Ancaq alınmadı. Qapıçı düzgün mövqe seçmişdi, həm də mən ötürmə etməyə çalışdım. Amma həmin anda qol vurmağı hamıdan çox özün istəyirsən”.
 
Qeyd edək ki, Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edən Azərbaycan millisi qrupdakı son oyununu aprelin 14-də evdə Yunanıstana qarşı keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest