Futzal üzrə Azərbaycan çempionatının Yüksək Liqasının lideri EKOL qış fasiləsində ilk transferini reallaşdırıb. Matç.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi Azərbaycan milli komandasının üzvü Ramiz çovdarovla anlaşıb.

Qış fasiləsinə qədər "Araz"ın heyətində çıxış edən futzalçı qarşıdakı yarım il ərzində EKOL-un uğurları üçün mübarizə aparacaq.

Qeyd edək ki, "Araz" dövrələrarası fasilədə Elşən İbramxəlilov və Ruzigar İbrahimzadə ilə yollarını ayırıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest