"Mançester Siti"nin argentinalı hücumçusu Serxio Aquero İngiltərə Premyer Liqasında mövsümdə 10-cu qolunu vurub. Matç.az xəbər verir ki, "Liverpul"la görüşdə (2:1) hesabı açan cənubi amerikalı ardıcıl 8-ci mövsümdə 10 və ya daha çox qol vurmağa nail olub.

Aquero bu göstəricidə Tyerri Anriyə çatıb. Yalnız iki futbolçu daha uzun müddətdə "10"u fəth edib. Bunlar 10 mövsüm fərqlənən Frenk Lempard və 11 mövsüm bunu bacaran Ueyn Runidi.

Aqueronun "Liverpul"un qapısından keçirdiyi top milli çempionatlardakı 250-ci qolu kimi də tarixə düşüb. İngiltərədə 153 dəfə rəqib qapısına yol tapan hücumçu 74 dəfə İspaniya, 23 dəfə Argentinada qol sevinci yaşayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest