04 Yanvar 2019, 17:08
FUTBOL
İngiltərə "Uotford"unun futbolçusu Stefano Okaka karyerasını İtaliyada davam etdirəcək. Matç.az xəbər verir ki, hücumçu mövsümün sonunadək "Udineze"yə icarəyə verilib.
Udine təmsilçisi həm də mövsümün sonunda oyunçun almaq hüququna da malik olacaq. Hər iki klub Pottso ailəsinə məxsus olduğundan keçiddə əsas məsələ futbolçunun razılığı idi. 2015-ci ildə "Sampdoriya"da oynamış forvard Apennin yarımadasına qayıtmağın əleyhinə olmayıb.
Qeyd edək ki, Okaka cari mövsüm "Uotford"da cəmi 2 oyun keçirib.