İspaniya La Liqasının XVII turundan təxirə salınan oyun keçirilib. Matç.az saytının məlumatına görə, "Real" səfərdə "Vilyarreal"la qollu bərabərə qalıb - 2:2.

Qarşılaşmanın ilk hissəsində zədələnən "kral klubu"nun hücumçusu Qaret Beyl fasilədən sonra əvəzlənib. Maraqlıdı ki, bununla uelsli "Real"ın heyətində 22-ci dəfə zədə alıb. Bunun 13-də ulduz futbolçu meydanı yarımçıq tərk etməli olub. Bu zədələr ucbatından Beyl "Real"ın 84 oyununu buraxıb.

Qeyd edək ki, Beylin zədəsinin durumu və yaşıl meydanlara dönəcəyi tarixlə bağlı məlumat verilməyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest