"Spartak" yarımmüdafiəçisi Aleksandr Səmədovla yolları ayırmaq istəyir. Matç.az saytının məlumatına görə, Moskva klubu Azərbaycan əsilli oyunçu ilə 2019-cu ilin yayına qədər qüvədə olan müqaviləyə xitam vermək üçün kompensasiya təklif edib.

Yarımmüdafiəçiyə təxminən 3 aylıq əmək haqqı miqdarında – 450 min avro təklif olunsa da, o, bundan imtina edib.

Moskvada ayrılmaq istəməyən və paytaxtda yaşamaqda təkid edən Səmədovun "Dinamo"ya keçmək variantı da var.

Qeyd edək ki, cari mövsüm "Spartak"ın heyətində 8 matça çıxan futbolçu cəmi bir məhusldar ötürmə ilə fərqlənib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest