"Barselona" Adrien Rabyo ilə müqavilənin detallarını razılaşdırıb. Matç.az saytını məlumatına görə, fransız oyunçu katalon klubunda illik 10 milyon avro qazanacaq.

Bu barədə "Barselona"nın idman direktoru Erik Abidalla futbolçunun anası, eyni zamanda meneceri olan Veronika Rabyo arasındakı danışıqlar zamanı razılaşma əldə olunub.

Yarımmüdafiəçiyə imza bonusu olaraq daha 10 milyon avro ödəniləcək. Anlaşma isə 5 illik nəzərdə tutulub.

İndi isə "Barselona" rəhbərliyi PSJ ilə razılaşaraq futbolçunun yaya qədər olan müqaviləsinə qışda son verilməsinə nail olmaq istəyir.

Qeyd edək ki, Rabyo bu mövsüm meydana çıxdığı 14 oyunda 2 qol vurub və bir məhsuldar ötürmə ilə yadda qalıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest