05 Yanvar 2019, 13:29
FUTBOL
"Keşlə"nin futbolçusu Sərtan Taşqın karyerasını Türkiyədə davam etdirə bilər. Matç.az saytı xəbər verir ki, məlumatı qonşu ölkə mətbuatı yayıb.
Bildirilir ki, dövrələrarası fasilədə 4 futbolçunu transfer edən Spor Toto I liqa təmsilçisi "Altay" Sərtana da "elçi düşüb". Liqada qalmaq uğrunda mübarizə aparan klub rəhbərliyi müdafiənin sağ cinahında yaranan problemi məhz Azərbaycanın U-21 millisinin üzvü ilə həll etmək niyyətindədi. "Altay" onu bu ay transfer etmək üçün bakılılarla danışıq aparmağa hazırlaşır.
Qeyd edək ki, Sərtan Taşqının "Keşlə" ilə müqavilə müddəti 2020-ci ilin yayına qədərdi.