Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində baş tutmuş "Keşlə" - "Sabah" oyunu qonaqların qapıçısı Nicat Mehbalıyev və hücumçusu Camal Cəfərov üçün əlamətdar olub.

Azərbaycan Premyer Liqasının 23-cü turu çərçivəsində baş tutmuş "Keşlə" – "Sabah" oyunu qonaqların qapıçısı Nicat Mehbalıyev və hücumçusu Camal Cəfərov üçün əlamətdar olub.
 
Matc.az klubun saytına isitnadən xəbər verir ki, hər iki futbolçu Premyer Liqada ilk oyunlarını keçiriblər.
 
Nicat oyuna start heyətində başlayıb. 20 yaşlı qolkiper Premyer Liqada ilk matçında qapısını toxunulmaz saxlayıb.
 
Camal isə qarşılaşmanın 84-cü dəqiqəsində meydana daxil olub. 19 yaşlı hücumçu Tiemoko Fofananı əvəzləyib.
 
"Keşlə" – "Sabah" matçı qolsuz bərabərliklə bitib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest