24 Aprel 2021, 00:16
FUTBOL
Futbol üzrə çexiya 2-ci divizionunda 20-ci turun oyunları keçirilib.
Matc.az xəbər verir ki, azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi "Viktoriya" (Jijkov) da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Lisen"lə qarşılaşıb. Jijkov təmsilçisi bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib.
20 turdan sonra 27 xala malik "Viktoriya" 8-ci pillədə qərarlaşıb. Jijkovluların ehtiyatda da bir oyunu var.