06 Yanvar 2019, 12:04
FUTBOL
Topaz Premyer Liqasının ikinci dövrəsinə hazırlıqlara start verən növbəti klub "Qarabağ" olub. Matç.az saytının məlumatına görə, son çempion bu gün təlim-məşq toplanışı üçün Türkiyəyə yola düşüb.
Səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanından yola düşən komanda Antalyada məskunlaşacaq.
"İC Santai" otelində qalacaq Ağdam klubunun Türkiyədəki hazırlıq prosesi 21 gün davam edəcək.
Qeyd edək ki, "Qarabağ" Antalya toplanışı çərçivəsində 5 yoxlama oyunu keçirməyi planlaşdırır.