Topaz Premyer Liqasının ikinci dövrəsinə hazırlıqları Antalyada davam etdirən "Sabah"ın növbəti rəqibi bəlli olub. Matç.az saytının məlumatına görə, paytaxt klubunun son rəqibi Macarıstan təmsilçisi olacaq.

Bu barədə "sportfaktor.hu" saytı xəbər yayıb. Bildirilib ki, iki komanda arasındakı oyun yanvarın 22-də baş tutacaq.

Qeyd edək ki, yanvarın 23-ə qədər Antalyada qalmağı planlaşdıran "Sabah"ın iki rəqibi bəlli idi. Yanvarın 16-da Qazaxıstanın "Tobol" və 19-da Macarıstanın "MTK Budapeşt" klubları ilə oynayacaq komanda yanvarın 12-si üçün də rəqib axtarışında idi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest