07 Yanvar 2019, 01:06
FUTBOL
İspaniya La Liqasının XVIII turunda "Real" doğma meydanda "Real Sosyedad"la qarşılaşıb. Matç.az saytı xəbər verir ki, bununla da madridlilər 18 turdan sonra cəmi 30 xalda toplamış olublar.
Bu isə "kral klubu"nun XXI əsrdə ikinci belə zəif nəticəsidir. 2005/2006 mövsümündə də uğursuz çıxış edən paytaxt təmsilçisinin həmin vaxt qol fərqi +10 idi. İndi isə bu fərq +3-ə bərabərdi.
Cari mövsüm 18 oyunda cəmi 26 qol vurmağı bacarmış "Real" 25 il sonra ən pis göstəricisinə imza atıb. Sonuncu dəfə belə hal 1995/1996 mövsümündə yaşanmışdı.
Qeyd edək ki, hazırda 18 oyundan sonra aktivində 30 xal olan "Real" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.