İngiltərə "Mançester Siti"sinin futbolçusu Brahim Dias klubunu dəyişib. Matç.az xəbər verir ki, yarımmüdafiəçi karyerasını İspaniyada davam etdirəcək.

19 yaşlı futbolçu Madrid "Real"ına keçib. İspaniyalı orta sahə oyunçusu 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqaviləyə imza atacaq. Bu gün tibbi müayinədən keçdikdən sonra futbolçunun təqdimat mərasimi baş tutacaq.

Qeyd edək ki, yayda MS ilə müqaviləsi başa çatacaq Diasın transferi 15 milyon avroya başa gəlib. Lakin bu məbləğ bonuslar hesabına 7,5 milyon da arta bilər.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest