Qış fasiləsi zamanı Ramiz çovdarov, Ruzigar İbrahimzadə və Elşən İbramxəlilovla yollarını ayıran "Araz" güclənmək istiqamətində fəaliyyətini davam etdirir. Matç.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, son Azərbaycan çempionu 3 iranlı legionerlə anlaşıb.

"Yasamal" MFK Baku-dan Sadiq Cavid, "Xəzər Cənub"dan isə Ali Mikaili və Masud Nasirzade fasilədən sonra baş məşqçi Joze Alesio da Silvanın sərəncamında olacaq.

Qeyd edək ki, "Araz" ilk iki dövrədən sonra 27 xal toplayıb və lider EKOL-dan 2 xal geri qalır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest