Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 25-ci tura start verilib.

Matc.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.

Turun açılış matçında "Keşlə" və "Neftçi" komandaları üz-üzə gəlib. Qonaqlar bu oyunda darmadağına seviniblər.

Günün digər oyunu isə "Səbail"lə "Qəbələ" arasında baş tutub. Bu oyunda isə meydan sahibləri minimal hesabla üstün olublar.

Turun qalan 2 oyunu sabah keçiriləcək. "Qarabağ" "Zirə"ni, "Sumqayıt" isə "Sabah"ı qəbul edəcək.

Azərbaycan Premyer Liqası
25-ci tur

3 may

"Keşlə" – "Neftçi" 0:3
Qol: T.Quliyev, 38-öz qapısına. K.Honda, 74. E.Mahmudov, 90+2.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov.
Bakı. "ASK Arena".

Keşlə: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 7. Rəhman Hacıyev, 8. Tural Axundov, 4. Şəhriyar Əliyev, 23. Nicat Qurbanov, 25. Con Kamara, 10. Sezar Meza Kolli, 99. Rafael Məhərrəmli.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 20. Rail Məlikov, 11. Silvio Rodriqes, 91. Sadio Tonkara, 22. Elçin Mustafayev, 14. Turan Vəlizadə, 71. Emin Quliyev, 79. Bahadur Həziyev, 65. Mehdi Tahirov.
Baş məşqçi: Sənan Qurbanov.

Neftçi: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 22. Mirabdulla Abbasov, 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 4. Keysuke Honda, 24. Yusuf Laval, 5. Anton Krivotsyuk, 26. ömər Buludov.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 19. Fəhmin Muradbəyli, 28. Stiven Monroz, 91. Tallison Diaz, 17. Bruno Teluşi, 9. Ahmed Ahmedov, 49. Rener Alves, 20. Mert çelik.
Məşqçi: Seymur Rəhimov.

"Səbail" – "Qəbələ" 1:0
Qol: A.Yunanov, 62.
Qırmızı vərəqə: M.Giqauri, 52 (ikinci sarı).
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Nahid Əliyev, Rauf Allahverdiyev.
"ASCO Arena".

Səbail: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 34. ürfan Abbasov, 28. Məqsəd İsayev, 22. Əfran İsmayılov, 29. Amil Yunanov, 27. Hendrik Ekşteyn, 19. Luka İmnadze, 23. Milovan Petrovik, 4. Ali Sisey, 3. Turan Manafov.
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 7. Mirsayib Abbasov, 11. Rauf Əliyev, 9. Florian Kadriu, 20. Ruslan Hacıyev, 44. Şamil Cəfərov, 38. Zeynəddin Abdurahmanov.
Baş məşqçi: Aftandil Hacıyev.

Qəbələ: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov (k), 74. Yusif Nəbiyev, 9. Ehtiram Şahverdiyev, 99. Ceyms Adeniyi, 77. Merab Giqauri, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 10. Rövlan Muradov.
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 5. Rasim Ramaldanov, 28. Murad Musayev, 70. ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 14. Cavid Hüseynov, 6. Kamal Mirzəyev, 26. Stefan Vukçeviç, 17. Yaovi Akakpo, 20. Faiq Hacıyev, 55. İdris İnqilablı.
Baş məşqçi: Elmar Baxşıyev.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest