Belçikanın "Anderlext" klubunun yeni baş məşqçisi müəyyənləşib. Matç.az xəbər verir ki, ölkənin ən titullu klubunu Fred Rutten çalışdıracaq.

Hollandiyalı Brüssel təmsilçisinin "sükanı arxası"nda ötən ay istefaya göndərilən Heyn Vanhazebruku əvəzləyib. Paytaxt klubunun yeni baş məşqçisi iki ay öncə İsrailin "Makkabi" (Hayfa) komandasından ayrılıb.

Qeyd edək ki, 56 yaşlı Rutten əvvəllər "Tvente", PSV, "Vitess", "Feyenoord" və "Şalke"ni çalışdırıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest