Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) Cənubi Amerika zonası üzrə 20-ci əsrin rəmzi komandasını açıqlayıb.
 
Matc.az xəbər verir ki, rəmzi heyətdə Dieqo Maradona və Pele ilə birgə Azərbaycan millisinin sabiq baş məşqçisi Karlos Alberto Torres də yer alıb.
 
Qapıçı: Amadeo Karriso (Argentina);
 
Müdafiəçilər: Karlos Alberto Torres, Nilton Santos (hər ikisi Braziliya), Daniel Passarella (Argentina), Elias Fiqeroa (çili);
 
Yarımmüdafiəçilər: Valdir Pereyra Didi, Ziko (hər ikisi Braziliya), Dieqo Maradona (Argentina);
 
Hücumçular: Qarrinça, Pele (hər ikisi Braziliya), Alfredo Di Stefano (Argentina).
 
Karlos Alberto Torres 2004-2005-ci illərdə Azərbaycan millisində baş məşqçilik edib. Yığma onun rəhbərliyi altında 11 oyunda 8 dəfə məğlub olub. Alberto Torres 2016-cı ildə vəfat edib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest