Xorvatiya millisinin futbolçusu Marko Pyatsa karyerasını İngiltərədə davam etdirə bilər. Matç.az xəbər verir ki, Premyer Liqada qalmaq uğrunda mübarizə aparan "Fulhem" yarımmüdafiəçinin xidmətində maraqlıdı.

Londonlular futbolçunun məxsus olduğu "Yuventus"a rəsmi müraciət göndərib. "Fulhem" Pyatsanı mövsümün sonunadək icarəyə götürmək niyyətindədi. Sonra isə xorvatiyalının 20 milyon avroya transfer edilməsi planlaşdırılır.

"Yuventus"a məxsus olan futbolçu hazırda icarə əsasında "Fiorentina"da çıxış edir. Bunadək isə vətənində "Lokomotiv", Zaqreb "Dinamo"sunun, Almaniyada "Şalke"nin şərəfini qoruyub.

Qeyd edək ki, Pyatsa milli komandada 23 oyunda 1 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest