Yanvarın 13-dən 27-dək Türkiyənin Antalya şəhərindəki Manavqat bölgəsində yerləşən "The Sense De Luxe" otelində məskunlaşacaq "Neftçi"nin təlim-məşq toplanışındakı sonuncu rəqibi müəyyənləşib. Matç.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, akılılar Bolqarıstan təmsilçisi "Beroe" ilə qarşılaşacaq.

Görüş yanvarın 26-na təsadüf edəcək.

Bu gündən bir araya gələcək "ağ-qaralar" ayın 13-dək Bakıda toplanış keçəcək. Komanda yanvarın 18-də "Qaz Metan" (Mediaş, Rumıniya), 23-də isə "Slovan"la (Liberes, çexiya) yoxlama oyunu keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest