Digər təmsilçimiz Patimat Abakarova rumıniyalı Liana Musteataya uduzaraq yarışı erkən başa vurub. Kişi taekvondoçumuz Radik İsayev mübarizəyə mayın 8-də başlayacaq.

Bolqarıstanın paytaxtı Sofiyada Olimpiya Oyunlarına lisenziya xarakterli taekvondo üzrə Avropa təsnifat turnirinə start verilib. Matc.az xəbər verir ki, yarışın ilk günündə iki taekvondoçumuz Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) dayanq üzərinə çıxıblar.

Əzizova startda Rumıniya təmsilçisi Andrea Mokanu üzərində 8:2 hesablı qələbə qazanıb. Növbəti mərhələdə çexiyalı Petra Stolbovanı 11:4 hesabı ilə məğlub edən taekvondoçumuz yarımfinala vəsiqəni təmin edib. Növbəti rəqib ukraynalı idmançı Tatyana Tetereviatnikovanı da məğlub edən Fəridə Əzizova finala yüksələrək, Tokio Yay Olimpiya Oyunlarına lisenziyaya sahib olub.

Digər təmsilçimiz Patimat Abakarova rumıniyalı Liana Musteataya uduzaraq yarışı erkən başa vurub.

Turnirdə Azərbaycanı 3 idmançı təmsil edir. Kişi taekvondoçumuz Radik İsayev (+80 kq) mübarizəyə mayın 8-də başlayacaq.  

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest