Qadınlardan ibarət milli komandanın üzvləri, eləcə də U-13 qızlar liqasının iştirakçıları "Avropa Liqası muzeyi"ni ziyarət ediblər. Matç.az xəbər veirr ki, qadın futbolçularımız muzeydə Avropa Liqası tarixini özündə əks etdirən eksponatlarla tanış olublar, eləcə də xatirə şəkilləri çəkdiriblər.
Ardınca "Avropa Liqası muzeyi"ni bir qrup fiziki qüsurlu azarkeş ziyarət edib. Muzey ziyarətçiləri burada sərgilənən eksponatlarla tanış olublar, xatirə şəkilləri çəkdiriblər.
Muzey mayın 29-da UEFA Avropa Liqasının final oyununun Bakıda keçirilməsi ilə əlaqədar yaradılıb. Dekabrın 22-dən fəaliyyət göstərən muzey bu gün son dəfə saat 15:00-dan 22:00-dək ictimaiyyətə açıq olacaq.
Qeyd edək ki, "Avropa Liqası muzeyi"nə giriş ödənişsizdi. (affa.az)