Futbol üzrə İspaniya milli komandasının sabiq hücumçusu David Vilyanın yeni iş yeri məlum olub.
 
Matc.az xəbər verir ki, keçmiş futbolçu Hindistanın “Odişa” klubunda çalışacaq.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Vilya “Odişa” klubunda qlobal futbol əməliyyatları şöbəsinin rəhbəri təyin olunub.
 
“Odişa” Hindistan Super Liqasında 11-ci sıradadır.
 
98 dəfə İspaniya yığmasının formasını geyinən Vilya, 59 qolla millinin bombardirdir. Karyerası ərzində “Valensiya”, “Barselona”, “Nyu-York Siti” kimi klubların şərəfini qoruyan sabiq hücumçu, son olaraq Yaponiya “Vissel Kobe”sinin formasını geyinib. 38 yaşlı keçmiş futbolçu ötən ilin fevralında karyerasını bitirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest