İtaliya "Sampdoriya"sının futbolçusu Yoakim Anderson karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındı. Matç.az xəbər verir ki, Genuya təmsilçisi müdafiəçisini "Tottenhem"ə satmağa razılaşıb.

Tərəflər futbolçunun 40 milyon avroya keçidinə razı olub. İki klub arasında razılaşma rəsmiləşsə, danimarkalı arxa xətt oyunçusu yeni mövsümdən "Tottenhem"in formasını geyinəcək.

Qeyd edək ki, klublar arasında razılıq əldə edilsə də, İtaliya "İnter"i son anda müdafiəçini ələ keçirmək ümidlərini itirməyib. Milanlılar 2017-ci ildən "Sampdoriya"da çıxış edən müdafiəçinin Premyer Liqaya keçidinin baş tutmamasını gözləyir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest