Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. Matc.az xəbər verir ki, iclasda 2021-2022-ci il mövsümündə UEFA-nın klub və Azərbaycan Premyer Liqası yarışlarında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.
 
AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2020) 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:
 
1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
 
"Qarabağ" FK, "Neftçi" PFK, "Sumqayıt" FK, "Zirə" PFK, "Keşlə" FK, "Sabah" FK
 
2. Premyer Liqada iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:
 
"Qəbələ" İK, "Səbail PFK
 
3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:
 
"Kəpəz" PFK, "Turan Tovuz" PFK, "Qaradağ-Lökbatan" FK, "Zaqatala" FK
 
Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.
 
Qeyd edək ki, "UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2020) 13-cü maddəsinə müvafiq olaraq, 2021-2022-ci il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest