"Neftçi" istirahəti başa vurub. Matç.az klubun saytına istinadən xəbər verir ki, komandanın üzvləri bu gün məşqləri bərpa edib.

"Türk Hava Yolları Futbol Mərkəzi"ndə baş tutan 2019-cu ilin ilk hazırlıq prosesi fiziki və texniki çalışmaların yerinə yetirilməsi ilə başlayıb. Sabahdan etibarən gündə iki dəfə məşq edəcək "ağ-qaralar"ın Bakıdakı təlim-məşq toplanışı yanvarın 12-də başa çatacaq.

Qeyd edək ki, yanvarın 13-dən 27-dək Türkiyənin Antalya şəhərindəki Manavqat bölgəsində yerləşən "The Sense De Luxe" otelində məskunlaşacaq "Neftçi" hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcək. Komanda ayın 18-də "Qaz Metan" (Rumıniya), 23-də "Slovan" (Liberes, çexiya), 26-da isə "Beroe" (Bolqarıstan) klubları ilə qarşılaşacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest